Azərbaycanın muay-tay millisi Polşada keçirilən III Avropa Oyunlarını üç medalla başa vurub.
Komandamıza medalları Xəyal Əliyev (67 kq), Aysu Dəvrişova (57 kq) və Emili Rzayeva (63,5 kq) qazandırıb. Təmsilçilərimizdən X.Əliyev yarımfinalda Oskar Siqertə (Polşa) uduzub. A.Dəvrişova Patrisiya Axlinqə (İsveç), E.Rzayeva isə Tereza Steçova (Çexiya) məğlub olaraq üçüncü yeri tutub.
Qeyd edək ki, muaytay millimiz III Avropa Oyunlarında dörd idmançı ilə təmsil olunub. Onlardan üçü mükafatçılar sırasında yer alıb.