Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada təşkil olunan III Avropa Oyunlarında ikinci döyüşünü keçirib.
İlk görüşündə Kevin Şumannı (Almaniya) mübarizədən kənarlaşdıran idmançımız səkkizdəbir finalda Nikita Niystedi (Finlandiya) sınağa çəkib. Qarşılaşma M.Allahverdiyevin qələbəsi ilə başa çatıb. Üç raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
O, dörddəbir final döyüşünə iyunun 28-də çıxacaq.