Avropa Oyunları: boksçumuz növbəti mərhələdə

Avropa Oyunları: boksçumuz növbəti mərhələdə

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünü keçirib.

Dünya çempionatının mükafatçısı səkkizdəbir finalda Gürcüstan idmançısı Nikoloz Beqadze ilə üz-üzə gəlib. M.Abdullayev görüşü qələbə ilə başa vuraraq mərhələ adlayıb. Boksçumuz dörddəbir finalda yunanıstanlı Stilianos Poulias ilə qarşılaşacaq. Həmin görüş iyunun 28-də keçiriləcək.

Xatırladaq ki, idmançımız ilk görüşdə Türkiyə təmsilçisi Uğur Aydemiri məğlub etmişdi.