Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında ikinci oyununu keçirib.
A qrupundakı ilk matçında Polşaya 2:7 hesabı ilə məğlub olan yığma bu dəfə Portuqaliyaya uduzub – 2:5.
Halbuki görüşdə hesabı 6-cı dəqiqədə Orxan Məmmədov açıb. Üstünlüyünü qoruya bilməyən milli meydanı məğlub tərk edib. Yığmanın heyətində ikinci topa da 31-ci dəqiqədə Orxan Məmmədov imza atıb.
Azərbaycan millisi qrupda son oyununu iyunun 29-da İspaniya kollektivinə qarşı keçirəcək.