Çimərlik futbolu üzrə yığmamız Avropa Oyunlarında beşinci yeri tutdu

Çimərlik futbolu üzrə yığmamız Avropa Oyunlarında beşinci yeri tutdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.

Yığmamız 5-ci yer uğrunda görüşdə Moldova seçməsi ilə qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi 5-ci pilləni tutub.

Yığmanın heyətində Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və Fuad Hüseynov fərqləniblər.