Avropa Oyunları: Azərbaycan medal sıralamasında neçəncidir?

Avropa Oyunları: Azərbaycan medal sıralamasında neçəncidir?

Polşada keçirilən III Avropa Oyunlarının onuncu günündən sonra medal siyahısı açıqlanıb. Yarışın arxada qalan hissəsində 664 medal sahibini tapıb.

Bunların 197-si qızıl, 196-sı gümüş, 271-i bürüncdür. Azərbaycan milli komandası siyahıda 25-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 9 medal var. Onlardan 2-si qızıl, 1-i gümüş, 6-sı isə bürünc əyarlıdır.

İlk sırada İtaliya qərarlaşıb. Onlar 24 qızıl, 23 gümüş və 32 bürünc medala sahib olublar. Ispaniya (19 qızıl, 13 gümüş, 17 bürünc) ikinci, Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncüdür.

On gün ərzində 48 ölkədən 41-ı medal qazanıb. Onlardan 34-ü çempionluq sevinci yaşayıb.