UEFA İtaliyanın "Roma" klubunu 5 milyon avro məbləğində cərimələyib. "Calciomercato" nəşrinin yaydığı xəbərə görə, buna paytaxt təmsilçisinin maliyyə fair-play qaydalarını pozması səbəb olub. Klub iyunun 30-dək 28 milyon avrodan çox kapital qazana bilmədiyi üçün cəza ilə üzləşib.
Bildirilib ki, "canavarlar" daha ciddi sanksiyalarla - avrokuboklardan kənarlaşdırma və 50 milyon avroyadək cərimə ilə də hədələnib.
Qeyd edək ki, "Roma" başa çatan mövsümdə UEFA Avropa Liqasının finalında İspaniyanın "Sevilya" komandasına 1:2 hesabı ilə uduzub.