Ramosun iki seçimi var

Ramosun iki seçimi var

Ötən ay PSJ ilə yollarını ayıran Serxio Ramos karyerasını okeanın o tayında davam etdirə bilər.

37 yaşlı müdafiəçi "İnter Mayami"nin maraq dairəsindədir.

Bunu tanınmış insayder Fabritsio Romano yazıb. Hazırda tərəflər arasında danışıqlar gedir. ABŞ klubu ilə yanaşı adı açıqlanmayan iki Səudiyyə Ərəbistanı klubu da Ramosu heyətinə cəlb etmək niyyətindədir.

Qeyd edək ki, ispaniyalı futbolçu 2021-ci ildə Madrid «Real»ından PSJ-yə keçib.