Tirol - Marbelya -Cəbəllütariq

Tirol - Marbelya -Cəbəllütariq

İyunun 22-dən Tirolda təlim-məşq toplanışında olan “Qarabağ” iyulun 5-də Avstriyadakı hazırlığını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq. Burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq. Matç iyulun 11-də keçiriləcək.

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Tirolda bundan əvvəl 2 yoxlama matçı keçirib. “Ferensvaroş”la (Macarıstan) matç 3:3 hesabı ilə yekunlaşıb, “Legiya” ilə görüş isə Polşa təmsilçisinin qələbəsi ilə başa çatıb (2:0)