Madrid "Atletiko"su klubu heyətini yeni futbolçu ilə gücləndirib. Onlar "Selta"dan Xavi Qalanı transfer edib. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı sol cinah müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Selta" Xavi Qalanı 2021-ci ilin yayında "Uesko"dan transfer etmişdi. İspan arxa xətt oyunçusu son mövsümdə Viqo təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.