«Qara qartal»ın yeni hədəfi

«Qara qartal»ın yeni hədəfi

"Bayern Münhen"in yarımmüdafiəçisi Marsel Zabitser karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

"Fanatik"də yer alan xəbərə görə 29 yaşlı oyunçu "Beşiktaş"ın transfer hədəfinə çevrilib.

Türkiyə klubu yaxın vaxtlarda 29 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə görüşərək, potensial əməkdaşlıq məsələlərini müzakirə edəcək. Çox güman ki, tərəflər 2023/24 mövsümünün sonuna qədər icarə müqaviləsinə razılaşacaqlar.