Kişilərdən ibarət komandada qadın məşqçi

Kişilərdən ibarət komandada qadın məşqçi

İngiltərədə ilk dəfə qadın mütəxəssis kişilərdən ibarət peşəkar futbol komandasının baş məşqçisi təyin olunub. Hanna Dinqli İngiltərə 1-ci Liqasında (səviyyəcə üçüncü liqa) çıxış edən "Forest Qrin Rovers"in sükanı arxasına keçib.

40 yaşlı mütəxəssis bu postda Dankan Ferqyusonu əvəzləyib.

Qeyd edək ki, Hanna Dinqli daha əvvəl klubun akedemiyasının rəhbəri olub.