Manor "Tottenhem"ə keçdi

Manor "Tottenhem"ə keçdi

Manor Solomon "Tottenhem"ə transfer olunub. İsrailli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, FİFA qaydalarından istifadə edərək Donetsk "Şaxtyor"u ilə bu ilin dekabrında başa çatacaq müqaviləni ləğv edib və yeni klubuna azad agent kimi keçib.

Solomon ötən mövsüm icarə əsasında "Fulhem"də oynayıb. 23 yaşlı futbolçu İngiltərə Premyer Liqasında  19 matçda 4 qol vurub.