1 həftəlik ayrılıq

1 həftəlik ayrılıq

Braziliyalı millisinin keçmiş üzvü Villian bir neçə həftə əvvəl ayrıldığı "Fulhem"ə qayıdıb. Braziliyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. "Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu Villian ötən mövsüm "Fulhem"in heyətində 27 oyunda 5 qol vurub.

Xatırladaq ki, Villian iyunun 30-u müqaviləsi başa çatdığı üçün "Fulhem"dən ayrılmışdı.