Diqqətlər Premyer Liqanın püşkünə yönəlib

Diqqətlər Premyer Liqanın püşkünə yönəlib

Bu gün Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək. Yarışda 10 komanda iştirak edəcək. Bunlar “Qarabağ”, “Sabah”,  “Neftçi”, “Qəbələ”, “Zirə”, “Turan Tovuz”, “Sumqayıt”, “Kəpəz”, “Səbail” və “Araz Naxçıvan”dır.