Hollivud ulduzu, amerikalı aktyor Arnold Şvartsenegger məşqlərin effektivliyini artırmaq üçün üç sirri açıqlayıb.
O deyir ki, məşqin ən vacib hissələrindən birincisi, əl-qolun, bədənin açılması üçün edilən hərəkətlərdir. Bu, isinməyə və bədənin stresə hazırlığını yoxlamağa imkan verir.
Şvartsenegger ağırlıq qaldırmazdan əvvəlhəmişə öz ağırlığı ilə məşqlər etdiyini vurğulayıb. O, həmçinin əlavə çəki olmadan məşqlərin yerinə yetirilməsinin texnikanı daha yaxşı öyrənməyə imkan verdiyini qeyd edib və çoxlu sayda - 30-50 təkrarlama ilə isinmə dəstlərini seçməyi tövsiyə edib.
İkinci məsləhət, hərəkətlərin maksimum mümkün amplituda ilə edilməsidir. Əks halda, yük altında əzələnin sərf etdiyi vaxt azalır, bu da əzələ kütləsi qazanmağın səmərəliliyinə təsir göstərir.
Şvartseneggerin üçüncü tövsiyəsi - arxa deltanın əzələlərini inkişaf etdirməkdir. Bu, çiyinlərizədədən qorumağa, həmçinin düzgün duruşa nail olmağa imkan verir.