Millimiz FIFA reytinqində mövqeyini qorudu

Millimiz FIFA reytinqində mövqeyini qorudu

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ay açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb.Millimiz 1143 xalla 121-ci pillədə qərarlaşıb.

Siyahıya 1843,73 xalla son dünya çempionu Argentina millisi liderlik edir.Fransa seçməsi 1843,54 xalla ikinci, 1828,27 xalı olan Braziliya isə üçüncüdür.