Maribor-2023: tennisçilərimiz fərdi yarışlarda iştirak etdilər 

Maribor-2023: tennisçilərimiz fərdi yarışlarda iştirak etdilər 

İyulun 23-də XVII Avropa Gənclər Olimpiya Festivalının tennis yarışlarına start verilib. Festivalda 4 tennisçi ilə mübarizə aparan komandamız fərdi yarışların ilk mərhələsində qüvvəsini sınayıb. Qızların mübarizəsində Xədicə Cəfərquluzadə yunanıstanlı Despiona Koskinaya (2:0), Mədinə Babayeva isə israilli Şahar Manharda (0:2) uduzub. Oğlanların fərdi yarışında iştirak edən Tamerlan Kərimov isə avstriyalı Maksimilian Heidlmaira məğlub olub.