Sarayevoda bilet qalmadı

Sarayevoda bilet qalmadı

“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina “Jelezniçar”ı ilə ilk - səfər oyununun biletləri tükənib.

Görüş “Qrbavitsa” stadionunda keçiriləcək. Bu arenanın tutumu isə 13 min nəfərlikdir. Matç üçün nəzərdə tutulan biletlərin hamısı 2 gün ərzində satılıb. Bu isə o deməkdir ki, oyun günü arenada anşlaq olacaq.