Daha bir futbolçu «Ağ qaralar»a qoşuldu

Daha bir futbolçu «Ağ qaralar»a qoşuldu

“Neftçi” fransalı futbolçu Ervin Koffi ilə 2 illik müqavilə bağlayıb.

28 yaşlı sağ cinah müdafiəçisi "Neftçi"də 99 nömrəli formanı geyinəcək. Ervin Koffi Fransanın “Şatoru” (2015), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Yunanıstanın “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Azərbaycan millisinin üzvləri - qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri - braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb.