"Qalatasaray" Litvaya yollandı

"Qalatasaray" Litvaya yollandı

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start veriləcək. Türkiyə çempionu "Qalatasaray" "Jalgiris"in (Litva) qonağı olacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su isə evdə Qazaxıstan "Astana"sı ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın oyunu və digər 4 qarşılaşma sabah keçiriləcək.

 

25 iyul

 

20:00. HİK (Finlandiya) - "Molde" (Norveç)

 

20:00. "Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə)

 

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan)

 

22:00. "Dnepr-1" (Ukrayna) - "Panatinaikos" (Yunanıstan)

 

22:30. "Servett" (İsveçrə) - "Genk" (Belçika)

 

23:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Slovan" (Slovakiya)

 

23:15. "Breydablik" (İslandiya) - "Kopenhagen" (Danimarka)