Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsində ilk oyunlara yekun vurulacaq

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsində ilk oyunlara yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Son oyun günündə 5 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçisi "Qarabağ" Polşada "Rakuv"un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Bu cütün qalibinin III raunddakı potensial rəqibləri olan Belarus BATE-si ilə "Aris" Kiprdə üz-üzə gələcəklər. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
26 iyul

21:00. "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail)

21:00. "Aris" (Kipr) - BATE (Belarus)

22:15. "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)

22:45. "Luduqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya)

22:45. "Klaksvik" (Farer adaları) - "Haken" (İsveç)

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.