Çempionlar Liqası: II təsnifat mərhələsinin ilk oyunları yekunlaşdı

Çempionlar Liqası: II təsnifat mərhələsinin ilk oyunları yekunlaşdı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları başa çatıb. Son oyun günündə daha beş qarşılaşma təşkil olunub.

Gecənin maraqla gözlənilən oyunu Polşada baş tutub. Azərbaycan təmsilçisi "Qarabağ" səfərdə "Rakuv"un qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb 3:2.

Günün digər oyunlarında bu nəticələr qeydə alınınb:

"Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail) - 1:0
Qol:Amin Talal, 28

"Aris" (Kipr) - BATE (Belarus) - 6:2
Qollar:Yannik Qomis, 17 (penalti); 60. Leo Benqtsson, 32. Sidi Bane, 40 (avtoqol). Ceyden Montnor, 83. Mariuş Stepinski, 90+1 (penalti) - Artyom Kontsevoy, 48. Ruslan Xadarkeviç, 65

"Luduqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya) - 1:1
Qollar:Dominik Yankov, 44 - Timmi Elşnik, 14

"Klaksvik" (Farer adaları) - "Haken" (İsveç) - 0:0

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.