“Sabah” ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb. Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-i səfərdə 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.
“Sabah”ın avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub.
Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,750-yə çatıb.
“Qarabağ” isə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada yerli “Rakuv”a uduzduğundan (2:3), xal qazandıra bilməyib.
Son beş mövsümdəki ümumi xallarının sayı 15,000-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.
Bir addım irəlidə olan Sloveniya 16,000 reytinq xalına malikdir.
Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.