Millimizin Avstriya ilə ev oyununun keçiriləcəyi stadion müəyyənləşib

Millimizin Avstriya ilə ev oyununun keçiriləcəyi stadion müəyyənləşib

Futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya seçməsi ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib. Görüş oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, F qrupunda yer alan Azərbaycan millisi ilk üç oyunda 1 xal toplayıb.Canni De Byazinin yetirmələri I turda səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olub.