Millimizin rəqibləri müəyyənləşdi

Millimizin rəqibləri müəyyənləşdi

Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

A qrupunda mübarizə aparacaq millimiz Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq.

Avqustun 5-də millimiz İran, ertəsi gün Belarus, ayın 7-də isə Birləşmiş Ərəb Əmirlikləri seçməsi ilə üz-üzə gələcək.