Konfrans Liqası: "Neftçi" səfərdən sərfəli nəticə ilə qayıdır

Konfrans Liqası: "Neftçi" səfərdən sərfəli nəticə ilə qayıdır

Bakının “Neftçi” klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız Bosniya və Herseqovinada "Jelezniçar" komandasının qonağı olub. “Qrbavitsa” stadionunda keçirilən matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçın 14-cü dəqiqəsində hesabı açan Cenan Haraçiç meydan sahiblərini hesabda önə keçirib. Bakı təmsilçisi oyunun 42-ci dəqiqəsində Kilan Lebonun qolu ilə hesabı bərabərləşdirib. “Jelezniçar” klubu 45+10-cu dəqiqədə yenidən üstünlüyü ələ keçirib. Komandanın heyətində Cozef Amoa fərqlənib. Qarşılaşmanın 90+4-cü dəqiqəsində "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev hesabı bərabərləşdirib.

Bu cütün qalibinin üçüncü təsnifat mərhələsindəki rəqibi "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duetinin güclüsü olacaq.