Konfrans Liqası: "Qəbələ" doğma meydanda meğlub oldu

Konfrans Liqası: "Qəbələ" doğma meydanda meğlub oldu

"Qəbələ" futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprin "Omoniya" klubunu qəbul edib.

Rumıniyalı baş hakim Andrey Çivuletenin idarə etdiyi oyun Kipr təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Əyyub Əllaş dubl edib. Kipr təmsilçisinin qollarını Roman Bezus vurub.

Komandalar arasında cavab oyunu bir həftə sonra Kiprdə keçiriləcək.

Bu cütün qalibi növbəti raundda “Midtulland” (Danimarka) – “Proqres” (Lüksemburq) duetinin güclüsü ilə üz-üzə gələcək.