“Daejeon”un (Cənubi Koreya) formasının geyinən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk "Atletiko"ya qol vurub.
O, Cənubi Koreyanın K Liqasının ulduzlarından ibarət komandanın Madrid təmsilçisinə qarşı keçirdiyi yoxlama oyununda fərqlənib.
46-cı dəqiqədə meydana daxil olan 24 yaşlı müdafiəçi 50-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub. Onun komandası 3:2 hesabı ilə qalib gəlib.
K Liqasının Ulduzları komandası - "Atletiko" - 3:2
Qollar: Lemar, 13 (0:1), Krivotsyuk, 50 (1:1), Dominqes, 85 (1:2), Paloçeviç, 89-pen (2:2), Lee, 90+4 (3:2)