Həndbol millimiz Avropa çempionatına hazırlaşır 

Həndbol millimiz Avropa çempionatına hazırlaşır 

On yeddi yaşadək qızlardan ibarət milli həndbol komandamız avqustun 5-dən 13-dək Bakıda keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir. Hazırlıq prosesi baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə aparılır.

Gündə bir dəfə olmaqla, hər gün “AHF Arena”da təşkil olunan məşqlər hazırda taktiki-texniki istiqamətdə aparılır.

Qeyd edək ki, millimiz "A" qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.

“B" qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaq.