Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək. İlk oyun günündə 4 qarşılaşma keçiriləcək. "Qarabağ" (Azərbaycan) / "Rakuv" (Polşa) cütünün III raunddakı potensial rəqibləri olan Belarusun BATE klubu ilə Kiprin "Aris"i bu dəfə Macarıstanda üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Limasoldakı ilk oyunda meydan sahibləri rəqibini darmadağın edib - 6:2.

 

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
1 avqust

21:30. "Panatinaikos" (Yunanıstan) - "Dnepr-1" (Ukrayna)
İlk oyun - 3:1

22:00. "Olimpiya" (Sloveniya) - "Luduqorets" (Bolqarıstan)
İlk oyun - 1:1

22:00. BATE (Belarus) - "Aris" (Kipr)
İlk oyun - 2:6

22:00. "Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina)
İlk oyun - 1:0

Qeyd edək ki, bu mərhələnin digər 8 cavab qarşılaşması avqustun 2-də keçiriləcək.