"Barselona"nı tərk etdi

"Barselona"nı tərk etdi

"Barselona"nın futbolçusu Usman Dembele PSJ-yə keçib.Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O, Paris klubunun ötən gün fransalı hücumçu ilə 5 illik müqavilə imzaladığını bildirib.

Qeyd edək ki, Fransa millisinin üzvü 2017-ci ildən "Barselona"da çıxış edirdi.

Ronaldo "Monastir"ın da qapısını silkələdi -Foto

Portuqliyalı Kriştiano Ronaldonun da formasını geyindiyi "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) Ərəb Çempionlarının Klublar Kubokunda növbəti oyununa çıxıb. Komanda 2-ci turda "Monastir" (Tunis) ilə qarşılaşıb. Görüş "Əl-Nəsr"in 1:4 hesablı qələbəsi ilə başa çatıb.Ronaldo start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 74-cü dəqiqdə qol vurub.