"Qalatasaray" azarkeşləri bu xəbərə necə reaksiya verəcək? 

"Qalatasaray" azarkeşləri bu xəbərə necə reaksiya verəcək? 

İspaniyalı müdafiəçi Serxio Ramos karyerasını "Qalatasaray"da davam etdirəcək. Bu barədə "Haber Global" məlumat yayıb. Azad agent statusunda olan 37 yaşlı ispaniyalı İstanbul təmsilçisi ilə anlaşıb. "Qalatasaray" Ramosu klubdan ayrılmağa yaxın olan Viktor Nelssonun əvəzedicisi kimi görür.

Qeyd edək ki, Ramos son iki mövsümü PSJ-də keçirib. O, həmçinin "Real" və "Sevilya"da oynaması ilə də tanınır.

 

 

 

--