Konfrans Liqası: “Neftçi” növbəti mərhələdə

Konfrans Liqası: “Neftçi” növbəti mərhələdə

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”-“Jelezniçar” oyunu başa çatıb. Görüş Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 20-ci dəqiqəsində hesabı Kenni Sayef açıb. Qarşılaşmanın 68-ci dəqiqəsində Eddi İsrafilov ikinci topu rəqib qapısında keçirib.

Bosniya və Herseqovinada təşkil olunan ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatmışdı. İki oyunun nəticəsinə görə, “Neftçi” turnirin III təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi “Beşiktaş” (Türkiyə) - “Tirana” (Albaniya) cütünün qalibi olacaq.