"Əməkdar bədən tərbiyəsi və idman xadimi", "Şöhrət" ordenli, "Tərəqqi" medallı, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifovun 58 yaşı tamam olub. "Qızıl fit" mükafatının sahibi olan tanınmış hakimimizin doğum günü Türkiyədə keçirilən güləş üzrə U-17 dünya çempionatına təsadüf edib. Türkiyə Güləş Federasiyasının prezidenti Şərəf Eroğlu yarış zamanı Hicran Şərifovu doğum günü münasibəti ilə təbrik edib. Ədalət təmsilçimizə Türkiyə güləşinin yaranmasının 100 illiyinə həsr edilmiş mükafat təqdim olunub.