Ronaldodan növbəti dünya rekordu

Ronaldodan növbəti dünya rekordu

 

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo daha bir dünya rekordu müəyyənləşdirib. Portuqaliyalı hücumçu buna "Əl-Şabab"a 4:0 hesabı ilə qalib gəldikləri yerli çempionatın IV turunun matçında dubl etməklə nail olub. Bu, Ronaldonun milli çempionatlarda 516 və 517-ci qolları olub. 38 yaşlı hücumçu Yozef Bitsan və Ferents Puşkası geridə qoyub.Siyahıya regional liqalarda vurulan qollar daxil edilməyib. Bu səbəbdən Pele və Romarionun adı cədvəldə yoxdur.