Millimiz bu gün İordaniya yığması ilə qarşılaşacaq

Millimiz bu gün İordaniya yığması ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Canni De Byazinin baş məşqçisi olduğu komandamız Bakıda İordaniya yığmasını qəbul edəcək. "Dalğa Arena"da təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək.Görüşü türkiyəli Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə məğlub olub.