UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına start verilib. İlk oyun günündə E, F, G və H qruplarında 8 oyun təşkil olunub. Gecənin maraqla gölənilən oyunu Parisdə təşkil olunub. Fransanın PSJ komandası doğma meydanda Almaniyanın “Borussiya” komandasını məğlub edib -2:0.
İspaniyanın “Barselona” klubu isə H qrupunda Belçikanın “Antverpen” komandasını böyük hesabla üstələyib. Görüş katalonların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Gecənin digər oyunlarında bu nəticələr qeydə alınıb:
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
19 sentyabr
E qrupu
23:00. “Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya) - 2:0
23:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya) - 1:1
F qrupu
20:45. “Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə) - 0:0
23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0
G qrupu
20:45. “Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya) - 1:3
23:00. “Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) - 3:1
H qrupu
23:00. “Barselona” (İspaniya) – “Antverpen” (Belçika) - 5:0
23:00. “Şaxtyor” (Ukrayna) – “Portu” (Portuqaliya) - 1:3