Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterli dünya çempionatı davam edir. Bu gün Azərbaycan komandasının son iki qadın güləşçisi xalça üzərinə çıxacaq. 53 kq çəki dərəcəsində çıxış edən Elnurə Məmmədova 1/16 finalda rumıniyalı Andre Ana ilə üz-üzə gələcək. 62 kq-da Elis Manolova təsnifatda Venesuela təmsilçisi Natali Errera ilə qarşılaşacaq.
Qeyd edək ki, qadın güləşçilərdən Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq) və Birgül Soltanova (65 kq) mundialı uğursuz başa vurublar.