Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterli dünya çempionatı davam edir. Bu gün çempionatda yunan-Roma güləşi üzrə yarışlara start veriləcək. İlk olaraq 4 güləşçimiz xalça üzərinə çıxacaq. Təmsilçilərimizdən Eldəniz Əzizli (55 kq) mübarizəyə 1/8 finaldan bşlayacaq. Onun rəqibi yaponiyalı Tayq Onuşi olacaq.
Sənan Süleymanov (77 kq) təsnifatda Finlandiya təmsilçisi Conni Sarkkinenlə üz-üzə gələcək.
Çəkisi 82 kq olan idmançıların mübarizəsinə isə Rafiq Hüseynov qvvəsini sınayacaq.Yarışa 1/8 finaldan başlayacaq idmançımızın ilk rəqibi Erik Şilvassi (Macarıstan) və Bojo Starçeviç (Xorvatiya) cütünün qalibi olacaq.
Beka Kandelaki (130 kq) isə 1/16 finalda gürcüstanlı Yakobi Kajaya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 24-də yekun vurulacaq.