Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə yığma komandalarımızın təlim-məşq bazası olan Ağır Atletika Mərkəzində olub.
Federasiya prezidenti burada yaradılan şəraitlə tanış olub, məşq və yarış zalı, tibb, tədris, istirahət və digər otaqları gəzib. O, idman mərkəzində maddi-texniki təminatın vəziyyətini öyrənib, onun yaxşılaşdırılması barədə fikir mübadiləsi aparıb, rəy və təkliflərini verib.
K.Nəbizadə idmançıların yüksək nailiyyətlər qazanması üçün onlara ən yaxşı şəraitin yaradılmasının vacibliyini vurğulayıb.