İki yarışda üç bürünc medal

İki yarışda üç bürünc medal

Rusiyanın Nefteyuqansk şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnir başa çatıb. İki təmsilçimiz fəxri kürsüdə yer alıb. Təmsilçilərimizdən Rəşid Babazadə (65 kq) və Şamil Zubairov (97 kq) üçüncü yeri tutub.

Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil edilib. Komandamızın üzvü Məhəmməd Şükürzadə (60 kq) yarışda bürünc medala sahib çıxıb.