Çelenc Kuboku: “Azərreyl” İspaniya komandasına qarşı 

Çelenc Kuboku: “Azərreyl” İspaniya komandasına qarşı 

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxacaq. Təmsilçimiz İspaniya klubu “Avarka de Menorka” ilə qarşılaşacaq. Əvvəlki mərhələdə Ukrayna “Balta”sını üstələyən “Azərreyl” ispanlarla ilk matçı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirəcək. Oyun 19:00-da başlayacaq.