Azərbaycanın güləş hakimliyinin növbəti uğuru

Azərbaycanın güləş hakimliyinin növbəti uğuru

İyulun 26-30-da Varşavada keçirilən "Poland Open" turnirində imtahandan uğurla keçən Zaur Şərifov I kateqoriyaya yüksəlib. Milli dərəcəli hakim Kamran Baxışov isə U-15 Avropa çempionatında etimadı doğruldub. İyunun 6-9-da Macarıstanın Kaposvar şəhərində keçirilən yarışda uğurlu idarəçilik edən həmyerlimiz beynəlxalq dərəcəli hakim statusu alıb və III kateqoriyaya sahib olub.