Noyabrın 15-dən 22-nədək davam edən Level-3 kursu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə baş tutub.
Kurs çərçivəsində noyabrın 22-də MOK-un idman departamentinin əməkdaşı Vagif Əliyev ümumilikdə 14 nəfərin (11 yerli, 3 xarici) qatıldığı kursun iştirakçılarına “Təhlükəsiz İdman” mövzusu ətrafında təlim keçirib.
Təlimdə iştirakçılara peşəkar və elit idmançıların hüquqlarından, məşqçi və federasiya nümayəndələrinin vəzifələrindən, idmançılara qarşı edilən bütün təcavüzlərin aradan qaldırılması, MOK-un “Təhlükəsiz İdman” mütəxəsissinin daim federasiyalar ilə əlaqəsindən və idmançıların Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında tam “Təmiz” şəraitdə iştirakından danışılıb.
Bu zamana kimi ilk dəfə texniki kurslar çərçivəsində Təhlükəsiz İdman ilə bağlı iştirakçılara maarifləndirici formada təlim keçirilib.
Qeyd edək ki, qarşıdan gələn digər kurslarda iştirakçılara bu cür maarifləndirici təlimlər keçiriləcəkdir.