Bu gün 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu oyununu keçirəcək.
Şahin Çatmanın baş məşqçisi olduğu komandamız son oyunda Gürcüstanla üz-üzə gələcək. Dauqavpils şəhərində təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Azərbaycan millisi əvvəlki görüşlərdə Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya qarşı keçirdiyi görüşlərin hamısında 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.