“Zenit” BTİC İB-in yetirməsi beynəlxalq turnirdə qızıl medal qazanıb

“Zenit” BTİC İB-in yetirməsi beynəlxalq turnirdə qızıl medal qazanıb

Rusiyanın paytaxtı Moskvada U-15 yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. 8 ölkənin təmsil olunduğu yarışda Azərbaycan pəhləvanları da qüvvələrini sınayıblar. Yarışda iştirak edən idmançılar arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İB-in yetirməsi Nurxan İsmayılov (41 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yeniyetmə güləşçinin şəxsi məşqçisi Elvin Aslanovdur.