Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İB-in yetirmələri sərbəst güləş üzrə böyüklər arasında Bakı çempionatında uğurla çıxış ediblər. Müxtəlif yaş kateqoriyası üzrə keçirilən yarışda İdman cəmiyyətinin 11 idmançısı fəxri kürsüdə yer alıb. “Zenit” BTİC İB-in yetirmələrindən Mahir Əmiraslanov (61 kq), Seymur Cəbrayılov (65 kq) və Emin Qocayev (79 kq) müxtəlif yaş kateqoriyalarında qızıl medala layiq görülüb. İdman cəmiyyətinin digər təmsilçiləri Sənan Hümbətov (57 kq), Yusif İsharov (61 kq) və Mahir Əliyev (125 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb.
Murad Əliyev (57 kq), Mehdi Əkbərov (61 kq), Mircavad Xəbiyev (70 kq), Əhməd Əhmədli (70 kq) və Babək Hüseynli (86 kq) turnirin bürünc medalına yiyələnib.
Bakı çempionatını 3 qızıl, 3 gümüş və 5 bürünc medalla başa vuran “Zenit” BTİC İB-in yetirmələri bu nəticə ilə ümumi komanda hesabında birinci yeri tutublar.