Kişi voleybolçular arasında Çelenc Kubokunda növbəti oyunlar keçirilib. Yarışda ölkəmizi təmsil edən “Xarı Bülbül Şuşa” komandası Yunanıstanda “Panatinaikos”un qonağı olub. Oyun elladalıların qələbəsi ilə yekunlaşıb -3:1 (25:16, 25:12, 23:25, 25:16). Bu komandalar arasında Bakıda ilk oyunda 0:3 hesabı ilə uduzan “Xarı Bülbül Şuşa” klubu turnirdə mübarizəni dayandırıb.
Xatırladaq ki, “Xarı Bülbül Şuşa” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).