Bakıda keçirilən güləş üzrə hərbçilər arasında 36-cı dünya çempionatı Azərbaycan pəhləvanları üçün 21 medalla yadda qalıb. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışın sonuncu günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar. Klassiklərimizdən Nihad Quluzadə (60 kq) qızıl medala layiq görülüb. Digər idmançılarımızdan Laçın Vəliyev (87 kq) gümüş, Qurban Qurbanov isə (77 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, Azərbaycan idmançıları çempionatın əvvəlki günlərində 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.